
İngiltərə "Sautgempton"u argentinalı qaöıçı Villi Kabalyeronu heyətinə qatıb.
Sportnet.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı qolkiperlə cəmi 1 aylıq müqavilə imzalanıb.
Buna səbəb komandanın 2 əsas çərçivə qoruyucusu Freyzer Forster və Aleks Makkartinin zədəli olmasıdır. Üçüncü qapıçı olan Harri Lüisin isə yüksək liqa təcrübəsi yoxdur.
Qeyd edək ki, Villi Kabalyero müxtəlif vaxtlarda İngiltərənin "Çelsi" və "Mançester Siti" klublarının da formasını geyinib.