"Qarabağ"ın zədədən yenicə qayıtmış futbolçusu Kevin Medina İsveçrədə "Bazel"ə qarşı keçiriləcək UEFA Konfrans Liqasının qrup oyununda meydana çıxa bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma öncəsi təşkil olunmuş mətbuat konfansında açıqlama verib.
49 yaşlı mütəxəssis kolumbiyalı müdafiəçinin bu gün komandaya qoşulacağını bildirib: "Məşq etdikdən sonra ümumi gedişata baxacağıq. Hazır olsa, oynamaq ehtimalı var. Amma hələ məndə də bu barədə dəqiq məlumat yoxdur".
Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.