İtaliya "Yuventus"u və Almaniya "Bavariya"sının sabiq futbolçusu Medhi Benatya peşəkar karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 34 yaşlı veteran müdafiəçi özünün rəsmi instaqram səhifəsində paylaşım edib.
Mərakeş millisinin də formasını geyinmiş Benatyanın son klubu Türkiyə "Karagümrük"ü olub.
Qeyd edək ki, Medhi Benatya Fransada "Marsel", "Loryan", "Klermon", həmçinin İtaliyada "Udineze" və "Roma" klublarında da çıxış edib.