19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.
Sportnet.az xəbər verir ki, püşkdə B liqasında yer alan Azərbaycan millisinin də rəqibləri də müəyyənləşib.
Yığma Millətlər Liqası formatında keçiriləcək seçmə mərhələ oyunlarında 1-ci qrupda Şimali İrlandiya, Farer adaları və Malta komandaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları 2022-ci il 6 - 12 apreldə olacaq. Qrup oyunlarına ev sahibliyi edəcək ölkənin adı daha sonra açıqlanacaq.