
"Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə Ukraynanın "Minay" klubunun tarixinə düşüb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ujqorod təmsilçisindən xarici kluba satılan ilk oyunçu olub.
21 yaşlı hücumçu həmçinin "Minay"ın tarixində ilk tamhüquqlu transferdir.
Qeyd edək ki, "Qarabağ" Rüstəm Əhmədzadə ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.