
Azərbaycan millisinin və Ukraynanın "Kolos" klubunun futbolçusu Anatoli Nuriyev istirahətə yollanıb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı hücumçu sevgilisi ilə birlikdə Dominikan Respublikasında dincəlir.
Fovard Fransa PSJ-sinin şortunda sevgilisi ilə birlikdə istirahətdən fotosunu özünün instaqram səhifəsində paylaşaraq "My heart" ("Mənim ürəyim") yazıb.
Qeyd edək ki, Anatoli Nuriyev 2021-ci ilin martından Azərbaycan millisinə dəvət alır.