Azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış etdiyi Türkiyənin "Keçiörengücü" komandasında növbəti qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi evdə "Erzurumspor"la 3:3 hesablı heç-heçə etdikləri I liqanın XVII tur matçında fərqlənib.
Fasilədən sonra meydana daxil olan oyunçu görüşün əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə rəqib qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, bu, Vüsal İsgəndərlinin "Keçiörengücü" klubunda 4-cü qoludur.