Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonaya məxsus əşyalar hərraca çıxarılıb. Sportnet.az-ın "Amerikanın səsi"nə istinadən məlumatına görə, bu addımı mərhum hücumçunun varisləri atıb.
Ümumilikdə 90 əşya satışa qoyulub. Hərracın keçirildiyi 3 saat ərzində 26 000 dollar məbləğində əşya satılıb. Ən böyük məbləğ şəkillərdən götürülüb. Eyni zamanda Maradonanın Buenos-Ayresdəki 900 000 dollarlıq evi və Mar-del-Platada dəniz kurortundakı 65 000 dollarlıq apartamentləri də hərracda olub. Lakin onları satmaq mümkün olmayıb.
Mərhum futbolçunun 225 000 ABŞ dolları qiymətində olan 2017-ci il seriyalı və 165 000 dollarlıq 2016-cı il seriyalı BMW avtomobilləri də yeni sahibini tapmayıb.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci ildə 60 yaşında ikən vəfat edib.