Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk hissəsi başa çatıb.
Sportnet.az xəbə verir ki, “Qəbələ” mövsümün arxada qalan ilk iki dövrəsində 14 matça çıxıb.
Baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmalarda 19 futbolçuya şans verib. Altı oyunçu 14 görüşün hamısında iştirak edib. Bunlar İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renato, Urfan Abbasov, Rövlan Muradov və Ülvi İsgəndərovdur. Onlardan ikisi – Alimi ilə Mehbalıyev bu görüşləri əvəzolunmadan keçirib. Bu cütlük 1260 dəqiqə meydanda olub. 19 futbolçudan 13-ü matçların yarıdan çoxunda - ən azı 8 qarşılaşmada iştirak edib.
Mövsümün ilk hissəsində “Qəbələ”nin 11 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ülvi İsgəndərovdur. O, rəqib qapılarına 5 dəfə yol tapıb.
İsnik Alimi və Rafael Utziq hərəyə 4 qola imza atıb. Alimi qollarından ikisini penaltidən vurub. Rövlan Muradovla Yaovi Akakponun hərəsinin 2 qolu var. 6 oyunçu hərəyə 1 dəfə fərqlənib.