İngiltərənin "Aston Villa" futbol komandasının baş məşqçisi Stiven Cerrardın koronavirus testi müsbət nəticə verib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 41 yaşlı mütəxəssis "Çelsi" və "Lids"lə Premyer Liqa qarşılaşmalarında iştirak edə bilməyəcək.
Oyunlar dekabrın 26-da və 28-də olacaq.
Qeyd edək ki, "Aston Villa" 17 oyundan 22 xalla 10-cu yerdə gedir.