Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Sabah”ın hazırlıq müddətində qarşılaşacağı rəqiblərdən ikisi bəlli olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 15-də Macarıstanın “Pakş”, 25-də isə Serbiyanın “Mladost” (Luçani) komandaları ilə üz-üzə gələcək.
Toplanış müddətində daha bir oyunun keçirilməsi nəzərdə tutulub. Rəqibin kimliyi hələlik bəlli deyil.
Qeyd edək ki, "Sabah"ın Antalya toplanışı 12 - 26 yanvarda olacaq.