"Bu kluba gəlmək mənim üçün xoş oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"dən ayrılaraq Fransa "Şatoru"suna keçən Romen Bask klubun rəsmi saytına açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi ona təqdim edilən layihəni çox bəyəndiyini söyləyib: "Rəhbərliyin mümkün qədər tez Liqa 2-yə qayıtmaq arzusunu hiss edirik".
Qeyd edək ki, Romen Bask "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.