"Qarşılaşmanın ilk hissəsində çoxlu nikbinlik var, bu səbəbdən razı qaldım".
Sportnet.az xəbər verir ki, bunu Polşanın "Qurnik" (Leçna) komandasının baş məşqçisi Kamil Keres "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.
48 yaşlı mütəxəssis birinci yarıda topa rəqibdən daha çox nəzarət etdiklərini bildirib: "Qol imkanları yaratdıq və hesabı açmaq üçün də imkanlarımız oldu. İkinci yarıda yeni futbolçulara şans verdik və səhvlərimiz çox oldu. Son 15 dəqiqə də bizim üstünlüyümüzlə keçdi. Qapıya zərbələr endirdik, amma hesabı bərabərləşdirmək mümkün olmadı".