Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmməd azadlıqdan məhrum edilə bilər.
Sportnet.az-ın "NTV Spor"a istinadən məlumatına görə, imtahana öz yerinə dostunu göndərməkdə ittiham olunan 25 yaşlı hücumçunun günahı sübuta yetirilsə, onu 4 ilədək həbs cəzası gözləyir.
Forvardın istintaqdan yayınmaq üçün Afrika Millətlər Kubokunun keçirildiyi Kamerundan ölkəsinə deyil, birbaşa Türkiyəyə qayıdacağı bildirilib.
Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus Mustafa Məhəmməd ötən ildən "Qalatasaray"da çıxış edir.