"Neftçi" yeni transferi Azər Əliyevə Azərbaycan pasportunun verilməsi üçün AFFA-ya müraciət edib.
Bu barədə Sportnet.az-a klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
Paytaxt təmsilçisinin rəsmisi bildirib ki, Rusiya vətəndaşlığı olan 28 yaşlı yarımmüdafiəçi Peşəkar Futbol Liqasında hələlik legioner kimi qeydiyyatdan keçirilib: "Məsələ ilə bağlı prosesi gedir və heç bir problem yoxdur. Çünki oyunçunun həm atası, həm də anası azərbaycanlıdır. Pasport aldıqdan sonra sənədləri yenidən PFL-ə göndərəcəyik və Əliyev yerli statusunda oynayacaq".
Allahverdiyev sənədləşmə işlərinin başa çatacağı vaxt barədə dəqiq məlumatın olmadığını əlavə edib.
Qeyd edək ki, son klubu Rusiya "Ufa"sı olan Azər Əliyev "Neftçi" ilə 3,5 illik müqavilə imzalanıb.