"Neftçi” "Sabah"a qarşı keçirəcəyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa hazırlığı başa vurub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, fevralın 1-də oynanılacaq “Neftçi” – “Sabah” matçı saat 19:45-də başlayacaq.