
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Marsel"in futbolçusu Cengiz Ünderin qolu Fransa Liqa 1-də yanvar ayının ən yaxşısı seçilib.
Sportnet.az-ın məlumatına görə, seçimi ölkə çempionatının rəsmi saytı edib.
Türkiyəli yarımmüdafiəçinin "Lill" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda sağ ayağı ilə dəqiq zərbəsi ayın qolu adına layiq görülüb.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.
⚽️???? @cengizunder remporte l’élection du #ButDuMois ! pic.twitter.com/R2i0toe9yf
— Ligue 1 Uber Eats (@Ligue1UberEats) February 9, 2022