Türkiyə "Beşiktaş"ının baş məşqçi Önder Karavelinin Azərbaycanda işləyə biləcəyi iddia olunur.
Sportnet.az "Fotospor"a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında bir neçə klub 48 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək niyyətindədir.
İddiaya görə, AFFA rəsmilərinin də bir neçəsi Karavelini milinin baş məşqçisi postunda görmək istəyir.
Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.