Braziliyalı keçmiş futbolçu Pele bağırsaqlarındakı şişin müalicəsi üçün yenidən xəstəxanaya yerləşdirilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə üçqat dünya çempionunun özü instaqramda paylaşım edib.
82 yaşlı sabiq hücumçu müalicəsini davam etdirmək üçün xəstəxanaya yollandığını bildirib: "Superboula baxmaq üçün artıq böyük televizor və popkorn sifariş etmişəm. Dostum Tom Bredi oynamasa belə, matça baxacağam. Bütün dəstək və sevgi mesajlarına görə təşəkkür edirəm".
Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.