İngiltərə "Lester"i futbolçusu Rikardu Pereyra ilə müqaviləni uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı müdafiəçi ilə yeni sözləşmə 2026-cı ilədək nəzərdə tutulub. Portuqaliyalı oyunçu "tülkülər"in heyətində 2018-ci ildən çıxış edir. O, "Portu"dan 22 milyon avroya alınsa da, "Transfermarkt" hazırkı qiymətini 25 milyon avro sayır.
Qeyd edək ki, Rikardu Pereyra bu mövsüm Premyer Liqada 9 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Avropa Liqasında da bir matça çıxmış təcrübəli müdafiəçi bir neçə qarşılaşmanı zədə üzündən buraxmalı olub.