Çempionlar Liqasının 2021/2022 mövsümünün final matçının təxirə salınması ilə bağlı məsələ hazırda nəzərdən keçirilmir.
Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA-dan "Evening Standard"a verilən açıqlamada bildirilir.
"Avropa futbol qurumu vəziyyəti daim diqqətlə izləyir. Hazırda final oyununun yerinin dəyişdirilməsinə dair plan yoxdur", - deyə vurğulanır.
Daha əvvəl Britaniyanın "Mirror" və "Daily Star" nəşrləri mayın 28-də keçirilməli olan final matçının "Qazprom Arena"dan alınmasının mümkünlüyünü yazıb. UEFA-nı bu addıma vadar edəcək səbəb kimi Rusiya və Ukrayna arasında münaqişənin böyüməsidir.