Bağırsaqlarındakı şişin müalicəsi üçün yenidən xəstəxanaya yerləşdirilmiş braziliyalı keçmiş futbolçu Peledə yeni xəstəlik aşkarlanıb.
Sportnet.az "Reuters"ə istinadən xəbər verir ki, üçqat dünya çempionuna sidik yollarının infeksiyası diaqnozu qoyulub.
Bu səbəbdən də o, xəstəxanada daha uzun müddət qalmalı olacaq.
Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.