"Sampaoli rəqiblərinə problem yaratmağı yaxşı bilir və biz bunu "Qarabağ"la oyunda bir daha gördük".
Sportnet.az-ın məlumatına görə, bunu Fransanın "Trua" komandasının baş məşqçisi Brüno İrles "Marsel"ə qarşı keçirəcəkləri çempionat oyunundan öncə deyib.
47 yaşlı fransalı mütəxəssis rəqibin baş məşqçisi Xorxe Sampaolinin taktiki gedişlərini şahmat oyununa bənzədib: "Onun komandası hücum və müdafiə fazası arasında çevikliyə malikdir. "Marsel"in Sampaolinin rəhbərliyi altındakı son oyunu izlədim. Açığı, onun manevrlərini anlamaq elə də asan deyil. Bu, şahmat oyununa oxşayır".
Qeyd edək ki, "Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gələrək 1/8 finalda İsveçrə "Bazel"inə rəqib olub. Fransa təmsilçisi ilk oyunda da qələbə qazanmışdı - 3:1.