
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) Rusiya Premyer Liqasında çıxış edən bütün legionerlərə klubları ilə mövcud müqavilələrini ödənişsiz ləğv etmək imkanının verilməsi təklifi ilə çıxış edib.
Sportnet.az-ın məlumatına görə, qurum bununla əlaqədar FIFA-ya müraciət edib. FIFPro belə bir addımın mümkün qədər tez atılmasını istəyib: "Kəskinləşən münaqişə bizə əsas verir ki, oyunçulara öz klublarına kompensasiya ödəmədən müqavilələrini pozmaq imkanı yaradaq. Hazırda biz bu məsələni FIFA ilə müzakirə edirik".
Qeyd edək ki, hazırda Rusiya Premyer Liqasında 133 legioner forma geyinir.