
Ukraynalı qapıçı Yaroslav Qodzyur Rusiyanın "Ural" klubu ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Yaroslav Qodzyurun Ukrayna ilə yanaşı Rusiya vətəndaşlığı da var. Qodzyur 2017-ci ildən "Ural"da çıxış edib.