Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstan "Turan"ına keçidi rəsmiləşib.
Sportnet.az Premyer Liqa təmsilçisinin rəsmi instaqram hesabına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə müqavilə imzalanıb.
Balayevin sözləşməsinin detalları açıqlanmayıb. O, yeni klubunda 22 nömrəli formanı geyinəcək. Oyunçu artıq komanda ilə ilk məşqinə də çıxıb.
Qeyd edək ki, Emil Balayev Qazaxıstanda "Tobol"da çıxış edib. Qapıçı "Neftçi", "Səbail", "Zirə" və Almaniya "Ayntraxt"ında da forma geyinib.