"Fransa millisinə qayıtmaq üçün Kərim Benzemanın butslarını təmizləyə bilərəm".
Sportnet.az-ın məlumatına görə, bunu Fransa "Marsel"inin futbolçusu Dimitri Payet "L Equipe" nəşrinə açıqlamasında deyib.
35 yaşlı fransalı yarımmüdafiəçi yenidən yığmada oynamaq istədiyini bildirib: "Hücum xəttində rəqabət çox yüksəkdir. Seçimi baş məşqçi edir. Amma ora düşmək üçün hər şeyi etməyə hazıram".
Qeyd edək ki, Dimitri Payet Fransa millisində 38 oyuna 8 qol vurub. Təcrübəli oyunçu ötən ay "Marsel"in heyətində "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley off mərhələsinin hər iki matçında (3:1, 3:0) meydana çıxıb. O, Marseldəki ilk qarşılaşmada Ağdam təmsilçisinin qapısına yol tapıb.