"Keşlə"yə qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçında zədələnən "Sabah"ın futbolçusu Elvin Camalovun son durumu açıqlanıb.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 27 yarımmüdafiəçinin üz sümüyündə xətti sınıq aşkarlanıb.
Camalov iki həftə sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, "Keşlə" - "Sabah" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 57-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranın ayağı Camalovun sifətinə dəyib. Oyunçu ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti altında meydanı tərk edib. Onu Kamran Quliyev əvəzləyib.