Almaniyanın "Bavariya" komandasının futbolçusu Robert Levandovski Çempionlar Liqası tarixində ən erkən het-trik müəllifi olub.
Sportnet.az-ın məlumatına görə, polşalı hücumçu Münhendəki "Alyans Arena"da Avstriya "Zaltsburq"u ilə 1/8 final mərhələsinin cavab qarşılaşmasında 23 dəqiqəyə 3 qol vurub.
33 yaşlı forvard 12-ci və 21-ci dəqiqələrdə penaltidən, 23-cü dəqiqədə isə oyun epizodundan fərqlənib.
Bununla da Levandovski İtaliya "Milan"ının hücumçusu Marko Simoneyə məxsus rekordu qırıb. Simone 1996-cı ildə Norveç "Rusenborq"u ilə qarşılaşmada ilk 24 dəqiqə ərzində 3 qol vurmuşdu.
Qeyd edək ki, hazırda "Bavariya" öndədir - 5:1.