"Sabah" klubunun futbolçusu Bəxtiyar Həsənalızadə zədələnib.
Sportnet.az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Qarabağ"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XIX tur oyununda sıradan çıxıb.
Həsənalızadə epizodların birində rəqib oyunçu Filip Ozobiçlə toqquşub və sinəsində ağrı hiss edib. O, ilkin müayinədən sonra matça qayıtsa da, daha sonra əvəzlənməli olub. 60-cı dəqiqədə müdafiəçinin yerinə meydana Slavik Alxasov daxil olub.
Qeyd edək ki, "Qarabağ" hazırda 1:0 hesabı ilə öndədir.