Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi" ilə səfər matçında zədələnən "Sumqayıt"ın futbolçusu Rəhim Sadıxovun durumuna aydınlıq gəlib.
"Gənlik şəhəri" təmsilçisinin Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil.
Sadıxov görüşün 84-cü dəqiqəsində əvəzlənib. Onun yerinə meydana Yusif Nəbiyev daxil olub.
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə bitib.