"Banqkok" klubunun futbolçusu Aysaret Noyçaybunu "Şimali Banqkok"a qarşı Tayland Kubokunun matçında rəqib oyunçunu dirsək zərbəsi ilə yerə sərib.
Sportnet.az-ın məlumatına görə, insident qarşılaşmanın sonlarına yaxın baş verib. Ayağına zərbə alan hücumçu qəzəblənərək rəqibin çənəsinə vurub.
Nəticədə Noyçaybunu qırmızı vərəqə alaraq meydandan qovulub. O, həmçinin komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, görüş "Şimali Banqkok" komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.