Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçlə görüşüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 25 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.
56 yaşlı xorvatiyalı mütəxəssislə fotosunu yayımlayan forvard "Uzun müddətdir görüşmürük" yazıb.
Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ildə Azərbaycan yığmasına rəhbərlik edib.