UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundların cütlükləri bəlli olub.
Turnirin son qalibi olan İngiltərə "Çelsi"si 1/4 finalda İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək.
Püşkatma həmçinin final oyununun nominal meydan sahibi də bəlli olub.
Çempionlar Liqası
1/4 final
"Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)
"Mançester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)
"Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)
"Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
Yarımfinal
1. "Mançester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) / "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)
2. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) / "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)
Final
2-ci cütün qalibi - 1-ci cütün qalibi
------------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
1/4 finalda İspaniyanın "Atletiko" (Madrid), "Real Madrid", "Vilyarreal", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi", həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları iştirak edəcək.
Bu, Avropanın ən nüfuzlu klub turnirində son püşkatma olacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları 3-4 mayda olacaq. Final mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da olacaq.