"Sabah oynaya, qol vura və qələbə qazana bildiyimizi göstərəcəyik".
Sportnet.az-ın məlumatına görə, Latviya yığmasının futbolçusu Vladislav Qutkovski Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.
Polşa "Rakuv"unda çıxış edən 27 yaşlı hücumçu matça hazır olduqlarını bildirib: "Yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Bizi maraqlı oyun gözləyir".
Qutkovskinin sözlərinə gprə, martın 25-də Maltada Küveytlə 1:1 hesablı heç-heçə etdikləri ilk yoldaşlıq görüşündə yaxşı çıxış ediblər: "Həmin qarşılaşmada məşqçilərimizin istədiklərini etdik. Bu element üzərində əlavə işləməliyik".
Qeyd edək ki, martın 29-da Maltanın Ta Qali şəhərindəki Milli Stadionda keçiriləcək Azərbaycan - Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.