
İspaniyanın "Real Madrid" klubunun sabiq oyunçuları assosiasiyası Luiş Fiqunun FİFA prezidentliyinə namizədliyini dəstəkləyib. Sportnet.az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, qurumun rəhbəri İqnasio Soka portuqaliyalı sabiq yarımmüdafiəçinin ünvanına məktub göndərib.
Məktubda o, asssosiasiyanın bütün oyunçuları adından Fiquya dəstəyini ifadə edib.
Qeyd edək ki, FİFA prezidenti seçkisi mayın 29-da keçiriləcək. Seçkidə Luiş Fiqunun rəqibləri qurumun hazırkı rəhbəri Yozef Blatterdən əlavə Mixael van Praq və Əli ibn əl-Hüseyn olacaq.