Azərbaycan klublarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, "Neftçi" bu raundda “Aris” (Kipr) ilə üz-üzə gələcək. İlk oyun səfərdə olacaq.
"Zirə" “Makkabi” (Təl-Əviv, İsrail) ilə üz-üzə gələcək. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda ilk matçını evdə keçirəcək.
"Qəbələ" isə qarşılaşmalarını "Fehervar" (Macarıstan) komandasına qarşı keçirəcək. İlk oyun səfərdə olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 21-də və 28-də olacaq.