"Neftçi"nin futbolçusu Sezar Meza Kolli zədələnib.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin dizində problem aşkarlanıb.
Paraqvaylı oyunçu Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında sıradan çıxıb. Meza Kolli əməliyyat olunmaq üçün ölkəsinə yollanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin "Aris" klubu ilə üz-üzə gələcək. Komanda ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.