UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan İsrailin "Makkabi" (Təl-Əviv) komandası Toto Kubokunda final oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib "Netanya" klubu olub. Görüş "Makkabi"nin penaltilər seriyasında məğlubuyyəti ilə yekunlaşıb - 4:5.
"Netanya" oyunçularından birinin ikinci sarı vərəqə alaraq, meydandan qovulması ilə əlaqədar 84-cü dəqiqədən sonra azlıqda qalıb.
Görüşü "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov köməkçisi Eltun Yaqublu ilə birlikdə Təl-Əvivdəki "Blumfild" stadionundan canlı izləyib.
Qeyd edək ki, "Zirə" "Makkabi" ilə ilk oyununu iyulun 21-də evdə, cavab görüşünü iyulun 28-də səfərdə keçirəcək.