"Zirə" Bakıda İsrailin "Makkabi" (Təl-Əviv) klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa ciddi itki ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.
O bildirib ki, müdafiəçi Ruslan Abışov son məşqdə zədələndiyi üçün görüşü buraxacaq: "Bir həftə, 10 gün komandadan ayrı qalacaq".
Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq.