"Bu dəfə hazırlığımız daha uzun çəkdi. Yoxlama oyunlarımız yaxşı keçdi. Əminəm ki, "Qəbələ"yə qarşı da belə çıxış edəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu acarıstanın "Fehervar" komandasının kapitanı Attilla Fiola evdə "Qəbələ"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
32 yaşlı futbolçu görüşün çətin olacağını bildirib: "Çünki indi beynəlxalq səviyyədə asan matçlar yoxdur. Ümid edirik ki, mövsüm ötənilkindən daha yaxşı olacaq. Avrokuboklarda uğursuzluq olsa, ölkə çempionluğu üçün mübarizə aparacağıq. Mövsümü ən azı 2-ci pillədə bitirmək istəyirik".
Qeyd edək ki, iyulun 21-də "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.