"Aris"lə oyun transferlər işlərinə təsir edə bilər. Hələlik qapını bağlamamışıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.
Funksioner bu matça uyğun transfer işlərinin həyata keçiriləcəyini söyləyib: "Bu günədək ən çox transfer edən klub "Neftçi"dir. Gətirdiyimiz futbolçular keyfiyyətlidir. Onların necə uyğunlaşacağını zaman göstərəcək".
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" və "Aris" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.