
İsrailin "Makkabi" (Tel-Əviv) klubunun yeni transferi Eran Zahavi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə cavab oyununu da buraxacaq.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı hücumçunun zədədən sonra hələ də komanda ilə birgə hazırlıqda iştirak etməməsidir.
Fərdi məşqlərlə kifayətlənən tanınmış forvardın daha bir müddət oynamayacağı dəqiqləşib. Onun kollektivlə məşqlərə nə vaxt başlayacağı bəlli deyil.
Zahavi Bakıda 3:0 hesabı ilə qalib gəldikləri ilk qarşılaşmada da meydana çıxmayıb.
Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. "Qartallar" Bakıdakı görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.