"Neftçi" Bakıda Kipr "Aris"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa hazırlığını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk matçın ertəsi günü bərpa məşqi edən komanda birgünlük fasilədən sonra – iyulun 24-də hazırlığa başlayıb.
Növbəti məşq prosesi “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutub. “Neftçi” azarkeşlərinin komandaya dəstəyi ilə keçən məşqdə əsasən toplu çalışmalar icra olunub.
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq “Neftçi” – “Aris” matçı saat 21:00-da başlayacaq.