"Kəpəz" futbol üzrə Azərbaycan Premyer Liqasındakı ev oyunlarını Gəncədə keçirə bilməyəcək.
Sportnet.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, buna səbəb Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdır.
Komanda çempionatda ilk ev matçını Bakıda "Dalğa Arena"da oynayacaq. Digər görüşlər haqqında qərar qarşıdakı günlərdə veriləcək.
------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı "Kəpəz" rəqiblərini Gəncədə qəbul edəcək.
Bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a məlumat verilib.
Bildirib ki, komandanın stadionu tam qənaətbəxş vəziyyətdə olmasa da, ev oyunları paytaxt Bakıda yox, Gəncədə keçiriləcək. Həmçinin, klubun ev oyunları zamanı bilet satışını həyata keçirib-keçirməyəcəyi də hələlik bəlli deyil.
Klubdan o da bildirilib ki, qəzalı vəziyyətdə olan tribunalardan birinə azarkeşlərin buraxılıb-buraxılmayacağı hələ müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə avqustun 5-də start veriləcək. İlk turda "Kəpəz" "Zirə"ni qəbul edəcək.