Macarıstan "Ferentsvaroş"unun futbolçusu Sami Mmae Bakıda "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda zədələnib.
Sportnet.az-ın məlumatına görə, belçikalı müdafiəçi ikili mübarizə zamanı ayağından xəsarət alıb.
Görüşü davam etdirə bilməyən 26 yaşlı oyunçu 57-ci dəqiqədə Rasmus Telanderlə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və hesab 1:1-dir.