“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərlinin Sportnet.az-a müsahibəsi
– Komandanın baş məşqçisi, daha dəqiqi, söz sahibi kimdir?
– Cavid Hüseynovla uzun müddətdir ki, dostluğumuz var. Əvvəllər onunla futbol haqda müzakirələr aparanda deyirdik ki, ikimiz birlikdə çalışsaq, yaxşı olar. Burada hər ikimiz qərar veririk. Heyəti yığanda da, oyunlarda da, məşqlərdə də. Məşqləri mən də apara bilərəm, Cavid Hüseynov da.
– Komanda legionersiz çıxış edəcək...
– İstərdik ki, əcnəni futbolçularımız da olsun. Amma legioner olanda yerli uşaqların oynama şansı azalır. Ola bilsin, mövsümün ikinci yarısında legioner gəldi. Hansı mövqedə boşluqlar varsa, onları doldura bilərik.
– Problemlər olarsa, kim cavabdeh olacaq: Cavid Hüseynov, yoxsa siz?
– Əlbəttə, mən.
– İndiyə qədər qadın futbolunda çalışmısınız. Bu dəfə isə Premyer Liqada debüt edəcəksiniz. Qadın və kişi futbolunda hansı fərqlər var?
– Hər ikisinin çətinlikləri var. Amma uzun illərdir qadın futbolunda işləyirəm. Paralel olaraq MOİK-də çalışmışam. “Sabah”da da ikinci komandada işləmişəm. Heç bir çətinliyimiz yoxdur, bundan sonra da olmaz.
– Heyət əsasən, təcrübəsiz gənclərdən təşkil olunub. Məsuliyyət sizdə olacaq. Mövsüm sonunda bir komandanın elitadan düşəcəyi məlumdur. Bu təhlükəni hiss edirsiniz?
– Zaman göstərəcək. Rəhbərlik hədəf qoymasa da, o demək deyil ki, autsayder olacağıq. Döyüşkən komanda yaradacağıq.
– Çempionat oyunlarında qeydə alına biləcək fiaskolardan çəkinmirsiniz?
– Bu işdə varıqsa, böyükhesablı qəbələr də var, məğlubiyyətlər də.
Ağa DADAŞZADƏ