
Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk qolu vurulub.
Sportnet.az xəbər verir ki, bu top "Dalğa Arena"da "Kəpəz" və "Zirə" arasında keçirilmiş I turun açılış oyununa təsadüf edib.
"Qartallar"ın futbolçusu Məhəmməd Həmdaui əlamətdar topun müəllifi kimi tarixə düşüb. O, 32-ci dəqiqədə fərqlənib. Bununla da ardıcıl 7-ci mövsümdə ilk qolu qonaq komanda vurub. Ardıcıl ikinci mövsümdə ilk qol legionerin aktivinə yazılıb.
Qeyd edək кi, Azərbaycan çempionatlarında sonuncu qol 76 gün öncə - mayın 21-də vurulub. Həmin qola “Qarabağ”la səfər matçının (1:4) 71-ci dəqiqəsində “Neftçi”nin braziliyalı hücumçusu Ramon Maçado imza atıb. Həmin görüşdən sonra 75 günlük mövsümlərarası fasilə yaranıb.