"Çətin oyun olacağını gözləyirdik. İlk qoladək pis çıxış etmədik. İkinci hissədə müəyyən dəyişikliklər etmək və matçda dönüş yaratmaq niyyətində idik. Müdafiədəki səhvlərə görə məğlub olduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Neftçi"yə 2:5 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfrasında deyib.
62 yaşlı mütəxəssis müdafiədən çıxış etmək istədiklərini söyləyib: "Əks-hücumlara bel bağlamışdıq. "Neftçi" ilə açıq futbol oynamaq çətindir".
Vahabzadə azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib: "Azarkeşlərin məni istefaya səsləməsi normaldır. Bütün şüarları mən də eşidirdim. Qulaqlarım yaxşı eşidir".
Baş məşqçi birinci qoldan sonra komandada psixoloji gərginliyin yarandığını söyləyib.