
Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan futbol üzrə Azərbaycan milli komandası mükafatlandırılıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu kollektivə bürünc medallar təqdim olunub.
Finalda Səudiyyə Ərəbistanına 1:0 hesabı ilə qalib gələn Türkiyə yığmasına qızıl medalları gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu verib. Digər finalçı isə gümüş medallara layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi 3-cü yer uğrunda oyunda Əlcəzairi məğlub edib.